BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Belarus vətəndaşı Rusiya vətəndaşını öldürdü

Bakıda qətl törədilib.

 

Bakı şəhər Prokurorluğundan Pravda.az-a verilən məlumata görə, martın 4-də saat 20:00 radələrində Belarus vətəndaşı, 1963-cü il təvəllüdlü Sahib Babayevin paytaxtın Nizami rayonu ərazisində faktiki nikah münasibətində olduğu, Rusiya vətəndaşı, 1985-ci il təvəllüdlü Elnara Ağarzayevanın boğaz nahiyəsindən kəsici-deşici alətlə ağır xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə zəruri ekspertizalar təyin olunub.

 

S.Babayev şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Tarix: 5 Mart 2020, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin