BURADA REKLAMINIZ OLA
BİLƏR

Tələbələri arasında kütləvi dava oldu

Bakı Dövlət Universitetinin bir qrup tələbəsi arasında kütləvi dava olub.

 

Pravda.az xəbər verir ki, hadisə mayın 22-də gecə saat 03 radələrində Xaqani küçəsində yerləşən gecə klubunun qarşısında baş verib.

Ətraflı

 

Universitetin 3-cü kurs tələbəsi olan Türkiyə vətəndaşları 1997-ci il təvəllüdlü Nevzet Ömer Demir, 1998-ci il təvəllüdlü Harun Yusuf Çiftçi, 1997-ci il təvəllüdlü Daner Sadiq Yılmaz və 1996-cı il təvəllüdlü Gültaş Yahya Sefer sərxoş halda dalaşıblar. Onlar dava-dalaş zamanı xuliqanlıq zəminində bir-birini döyərək xəsarətlər yetiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

***

 

BDU-dan “Qafqazinfo”ya bildirilib ki, sözügedən şəxslər universitetin tələbəsi deyil.

 

Tarix: 23 May 2022, 12:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin