BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: ""Topaz", "Poz, qazan" ailələri dağıdır, anaları, bacıları ağlar qoyur"

"KİV-in Azərbaycana xalqına məxsus olan bütün müsbət adət-ənənələri məhv etməsi barədə uzun illər ərzində yazıram. KİV, xüsusilə TV-lər əxlaqsızlıq, mənəviyyatsızlıq, qumarbazlıq və s. xanalar tirajlamaqla məşğuldurlar. İstənilən TV-ni açın lüt xanımlar görüb, tərbiyəsiz ifadələr, düşük hərəkətlər görəcək, eşidəcəksiniz. Eyni səhnə radioları da zəbt edib".


Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.


"Xüsusilə "Topaz", "Poz, qazan" və s. adlar altında qumarxanaların açıq-aşkar təbliği gedir. Bu yolla on minlərlə ailələr dağılır, analar, bacılar ağlar qalırlar. Bundan qazanan isə 2-3 nəfər məmur-oliqarxlardır. "Bu, hər yerdə var" deyənlər də tapılacaq. Bəli, hər yerdə var, ancaq əhalisinin yarısı toplanmış bir şəhərdə yoxdur. Belə tipli xanalar əhalinin sıx yaşadığı yerlərdən uzaqda olur və bizdəki kimi, insanların gündəlik həyatlarını məhv etmək üçün reklam olunmur" - A.İsmayılov qeyd edib.


Kənan

Tarix: 23 May 2022, 21:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin