BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ölkəmizin xroniki dərdi, “xəstəliyi” olan Gömrük sisteminin yenidən qurulmasına ehtiyac var"

"Brüssel görüşü uğurlu keçdi, Avropa Birliyinin bölgəmizdə sülhin əsas moderatorlarından biri olması üçün yaxşı şans yaranıb. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, yeni kommunikasiya koridorlarının açılması, təhlükəsizliklə bağlı problemlərin həlli indiki dövrdə daha da aktuallaşıb".

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

"Bu gün Rusiyanın dünyadan fiziki və iqtisadi təcridi yeni, alternativ yolların aktuallığını xeyli artırıb. Avropa Birliyi ölkələri ilə Çin və digər Uzaq Şərq dövlətləri arasında qarşılıqlı ticarətin həcmi ilə 1,5 trilyon dollardır, dəmir yolu ilə yüklərin daşınmasının əsas istiqaməti hələ də Rusiya və Belarusdur – həm Avropa, həm də Çin üçün belə asılılıq problemlər yaradır, ona görə də Azərbaycanın logistik mərkəz olması üçün böyük şans var. Amma bunun üçün ölkəmizin beynəlxalq biznes və logistikaya açılmasına, hüququn üstünlüyünə, məmləkətin ÜTT-yə üzv olmasına, AB ilə strateji yeni sazişin tezliklə imzalanmasına ehtiyac var. Bundan başqa ölkəmizin xroniki dərdi, “xəstəliyi” olan Gömrük sisteminin yenidən qurulmasına ehtiyac var – Gömrük biznesə mane olan “divar” olmaqdan çıxıb, dəstək olan instituta çevrilməlidir..." - N.Cəfərli qeyd edib.

 

Kənan

Tarix: 23 May 2022, 22:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin