BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə KATV1 ilə bağlı qərar çıxardı

Yasamal Rayon Məhkəməsində "AG Telekom" MMC (KATV1) barəsində cərimə protokoluna baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, icraata xitam verilib.

 

Qeyd: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "AG Telekom" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə cərimə protokolu yazılıb. Daha sonra həmin protokoldan məhkəməyə müraciət edilib.

 

Xatırlatma: “AG Telekom” MMC şirkəti 2005-ci ildə təsis edilib. Elə həmin ildə Milli Televiziya və Radio Şurası tərəfindən kabel yayımı üçün KATV1 brendi altında lisenziya verilib.

 

Kamal Məmmədov

Tarix: 23 May 2022, 22:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin