BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizədlər Konstitusiya Məhkəməsinin qarşısına toplaşdılar – FOTO

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclas keçirilən zaman bir qrup deputat inzibati binanın qarşısına toplaşıblar.

 

Pravda.az-ın xəbərinə görə, deputatlığa namizədlər seçkilərinin nəticələrinə etiraz ediblər.

 

Polislər ərazini nəzarətə götürüblər, onları Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısında kənarlaşdırıb.

 

İclas bitdikdən sonra etirazçıları oranı tərk ediblər.

 

Qeyd: Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri təsdiq olunub.

Fotoları təqdim edirik
Tarix: 5 Mart 2020, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin