BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçıdan “Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən” deyən aparıcıya sərt cavab: “Özü edərmi?”

“Telekanallarda nəzarətsizliyin hökm sürməsi, ictimai nəzarətin olmaması, “bədii şura”larda qohum-əqrəbaların təmsil olunması verilişlərdə belə biabırçılıqlara gətirib çıxarır. Sosial verilişlər televiziya rəhbərliyinə yüz minlərlə, milyonlarla reklam pulu gətirir. Cəmiyyətin tənbəl, savadsız, estetik və intellektual səviyyəsi aşağı olan tamaşaçılarının kütləvi şəkildə izlədiyi sosial verilişlər artıq Azərbaycanda böyük bir ictimai bəlaya çevrilib. Son günlər müzakirələrə səbəb olan Lalə Azərtaşın təqdimatında olan “Təsir dairəsi”i verilişinə baxmasam da, onun cəmiyyətdə narazılığa səbəb olan fikirləri ilə tanışam. Bu fikirlər ilk baxışdan müsbət qarşılanmalıdır, çünki Lalə xanım ailənin dağılmasının qəti əleyhinə olduğunu bildirir. Bizim hamımız ailələrin dağılmamasını, boşanmaların olmamasını, uşaqların ata, anasız qalmamasını, konfliktlər olmamasını, küçədə keçmiş ərin arvadını bıçaqlamamasını arzu edirik, amma istənilən halda bu şeyləri sivil qaydada təbliğ etmək lazımdır. Yoxsa “qadınsansa sən ərinin ayaq suyunu içməlisən” kimi feodalizm dövrünün fikri nədir? Neçənci əsrdir? Xanım özü edərmi bunu?”

 

Bunu Pravda.az-a yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

 

“Digər sosial verilişlərdə də pul, reklam xatirinə aparıcıların bu tipli mənasız, ziyanlı fikirləri televiziyaların səviyyəsini aşağı endirir. Belə bir məsələlərə qarşı sözsüz ki, çox sərt münasibət, ictimai qınaq olmalıdır. Azərbaycanda sərt ortaya mövqe qoyub, ictimai tənqidi fikirlər söyləyən şəxslər artıq ölkə telekanallarından uzaqlaşdırılıblar və onların heç biri verilişlərə çağırılmırlar. Dövlət və ictimai televiziya istisna olmaqla, özəl telekanalların çoxunda belə halların şahidi oluruq. Telekanallarda yayımlanan sosial verilişlərin ekspertləri pullu insanlar, yəni həkimlər, müğənnilər, öz məhsulunu satmaq, reklam etmək istəyən biznes adamlarıdır.  Biz, həmçinin müəyyən mənada aparıcıların marağını ifadə edən hansısa imkanları olan şəxsləri də ekspert qismində bu verilişlərdə görürük. Belə ekspertlərin də səviyyəsini çox gözəl bilirik. İnsanlar həmin hüquşünasların, vəkillərin, həkimlərin fırıldaqlığından və yalançı reklamlarından hiddətə gəlib. Müğənnilərə gəldikdə isə, istənilən halda bu insanların əksəriyyətinin başına gələn, onların ailələrində baş verən hadisələr onu sübut edir ki, cəmiyyət üçün nümunə olacaq insanlar deyillər. Bu tipli insanların, eyni zamanda aparıcıların səviyyəsi şübhə altındadır. Efirdə olanlar kiminsə qohumu, tanışı, dostu ola bilər... Qonşu ölkələrin - Türkiyə, Rusiya kanallarının aparıcıları ilə müqayisə etsək, bizim aparıcıların dəhşətli səviyyəsizliyi ortaya çıxacaq. İstər aparıcı, istər ekspertlər ağıllarına, ağızlarına gələni teleekrandan yayırlar və buna heç kim nəzarət etmir. Sivil ölkələrdə məsələn ABŞ-da, hətta Türkiyədə belə açıqlamalar verən insanlar məhkəməyə verilə bilər. Millətin dəyərlərinə, cəmiyyətə vurduğu ziyana görə həmin insanlar məsuliyyət daşıyır. Türkiyə telekanallarına baxanda bəzən boz, bəyaz ekran görürük, müəyyən telekanallarda efirin 3-4 saatı, bəzən hətta günlərlə bağlı olur. Onlar reklam və pul itirdiyinə görə gələn dəfə efirdə bu kimi səhvlər etmirlər. Azərbaycanda isə sanki heç kim, heç nəyə fikir vermir. Bizim kimi ağıllı danışan ekspertləri telekanallardan uzaqlaşdırırlar, çünki sağlam mövqeyimiz, ictimai tənqidimiz heç kimə lazım deyil. Yaxud da biz artıq havayı işləməkdən yorulub özümüz telekanallara çıxmağı rədd etmişik. Telekanallar yüz minlər, milyonlar qazana bilir, amma öz ekspertlərinə on qəpik, bir manat qonorar verməyə canları çıxır. Ona görə də ciddi, intellektual insanlar başqa sahələrə keçir və ailəsini dolandırmaq üçün müəyyən zehni əməklə məşğul olurlar, nəinki telekanalların efirini doldurmaqla. Biz efirə getmədikdə yerimizi belə insanlar doldurur” – A.Əbilov bildirib.

 

Leyla

Tarix: 24 May 2022, 14:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin