BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşdi

Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

 

Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb: “Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.

 

Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir:

 

“Eyni zamanda iki doza vaksin tələb olunur (Pfizer-BioNTech vaksini 2, Moderna 2, Oxford-Astrazeneca 2, Janssen 1, Covovax 2, Nuvaxovid 2, Sinopharm 2, Sinovac 2, Covaxin 2, Sputnik-V 2 doza). 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

 

APA

Tarix: 24 May 2022, 14:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin