“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları ötən gün yekunlaşdı. Ümumilikdə 650-dən artıq şəxsin məsələsinə baxılıb. Komissiyanın daxili qaydalarına görə, yekunda verilən qərar hazırda ictimailəşdirilə bilməz. Müzakirələr əfvə düşəcək insanların müəyyənləşməsi məsələsi kimi deyil, daha üst səviyyədə görülən iş kimi dəyərləndirilməlidir. Əfv sərəncamının 28 mayda, yoxsa iyun ayında gerçəkləşəcəyini söyləməyimiz də hazırda düzgün olmaz. Bu qərarın nə zaman qəbul ediləcəyi müstəsna olaraq cənab Prezidentin konstitusion səlahiyyətinə daxildir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
O xatırladıb ki, Vətən Müharibəsindən qısa vaxt sonra, regionda kövrək olan bir dövrdə Komissiyanın 10 iclası keçirilmiş, yekunda 625-ə qədər insana əfv qərarı şamil edilmişdi:
“Bu şəxslər cəzaçəkmə müsəssisəsində olan insanlardır. Onların fərqli düşüncələri, psixoloji ortamları var. Bizim söyləyəcəyimiz hər hansı söz onların həyatına təsir edir. Komissiya yalnız məsələləri ölkə rəhbərinə təqdim etməyə çalışır. Ən son anda oradakı adların bəzilərinə əlavələr edilə, digərlərinə isə fərqli münasibət göstərilə bilər. Bizim üçün önəmli olan barışın cəmiyyətdə qalib gəlməsidir. Vətən Müharibəsindən sonra buna ikiqat ehtiyacımız var. Çünki biz o qələbəni milli birliklə əldə etmişik. Müzakirələr vaxtı görürdük ki, böyük əksəriyyətinin cəzası 6 ay azaldılıb. Ayrı-ayrı dairələr, beynəlxalq mərkəzlər siyahıda siyasi məhbus kimi tanıdıqları şəxslərin adı olmadıqda işi gözdən salmaq, orada adları keçən insanların haqqını, hüququnu tapdamaq istəyirlər. Bu yolverilməzdir, doğru deyil. Komissiya çalışır ki, ümumi meyarlar müəyyənləşsin”.
Z.Oruc bildirib ki, əfv zamanı cəza çəkən şəxslə bağlı bir sıra məsələlər nəzərə alınır: “Onun azadlığa çıxacağı təqdirdə ictimai təhlükəlilik dərəcəsi, ziyan çəkmiş tərəflə arasında razılaşma olub-olmaması, bununla bağlı notarial qaydada sənəd imzalanması, həmin şəxslə bağlı müraciət edənlərin dairələrinin kimlər olması, qohumları arasında şəhid ailələri, əlillər və ya digər həssas təbəqədən insanların olub-olmaması, eyni zamanda cəzaçəkmə müəssisəsindəki davranışları nəzərə alınır”.
Aytəkin Qardaşova
27 Aprel 07:43
27 Aprel 07:39
27 Aprel 07:34
27 Aprel 07:32
27 Aprel 07:30
27 Aprel 07:28
27 Aprel 07:22
27 Aprel 04:26
27 Aprel 04:16
27 Aprel 04:13
27 Aprel 03:53
27 Aprel 03:49
27 Aprel 03:41
27 Aprel 03:38
27 Aprel 03:37
27 Aprel 03:30
27 Aprel 03:16
27 Aprel 02:55
27 Aprel 02:43
27 Aprel 02:31
27 Aprel 02:21
27 Aprel 02:11
27 Aprel 00:36
26 Aprel 23:23
26 Aprel 21:01
26 Aprel 21:00
26 Aprel 20:58
26 Aprel 20:35
26 Aprel 20:32
26 Aprel 19:56
26 Aprel 19:16
26 Aprel 19:10
26 Aprel 19:07
26 Aprel 19:07
26 Aprel 18:41
26 Aprel 18:37
26 Aprel 18:33
26 Aprel 18:31
26 Aprel 18:29
26 Aprel 18:20
26 Aprel 18:14
26 Aprel 17:46
26 Aprel 17:36
26 Aprel 17:25
26 Aprel 17:22
26 Aprel 16:39
26 Aprel 16:31
26 Aprel 16:27
26 Aprel 16:20
26 Aprel 16:09
26 Aprel 16:08
26 Aprel 16:00
26 Aprel 15:53
26 Aprel 15:51
26 Aprel 15:36
26 Aprel 15:28
26 Aprel 15:23
26 Aprel 15:22
26 Aprel 15:08
26 Aprel 15:06
26 Aprel 15:04
26 Aprel 15:03
26 Aprel 15:01
26 Aprel 14:53
26 Aprel 14:46
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
Ən son xəbərləri səhifəmizdən də izləyin