BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 3 nəfərin ölümünə səbəb olan “Səba”nın sürücüsü məhkəmə qarşısında

Bakıda 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Firudin Əsədovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Hadisə bu il yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.


Belə ki, Bakı şəhər sakini F.Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.


Daha sonra F.Əsədov təqsirləndirilən şəxs qisimində saxlanılıb.


Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.


Kamal Məmmədov 

Tarix: 25 May 2022, 01:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin