BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda mikroavtobus traktorla toqquşub, yaralılar var

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb.

 

Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən "Ford" markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

 

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Report

Tarix: 25 May 2022, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin