BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda saxlanılan erməni əsgəri bu həftə ölkəsinə təhvil veriləcək

Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.


Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.


O bildirib ki, erməni hərbi qulluqçusu bu həftə Ermənistan tərəfə təhvil veriləcək.


Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Tarix: 25 May 2022, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin