BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı yanğınla bağlı daha bir məlumat yaydı - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakının Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

 

Bu barədə FHN-dən məlumat verilib.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Qeyd olunub ki, yanğının söndürüıməsi zamanı FHN-in iki əməkdaşı yüngül xəsarət alıb.

 

***

13:47

 

Bakıda sexdə yanğın başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığında yerləşən sexdə qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Tarix: 26 May 2022, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin