BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı güclü yanğında FHN-in 2 əməkdaşı xəsarət alıb

Bakıda sexdə baş verən güclü yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşı yüngül xəsarət alıb.

 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.

 

Qeyd edək ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Report

Tarix: 26 May 2022, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin