BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın hərbi təyyarəçiləri "TEKNOFEST-Azərbaycan"da ilk uçuşlarını icra etdi - FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında ilk uçuşlarını icra edib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hərbi pilotlarımızın MiQ-29 təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.

Fotoları təqdim edirik
Tarix: 26 May 2022, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin