BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 82 yaşlı qadın yanğında öldü

Oğuzda yanğın hadisəsi baş verib. 


Pravda.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında, rayonun Şirvanlı kəndində qeydə alınıb. 


Yaşayış evlərindən birinin yanması nəticəsində orada yaşayan 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızı yanaraq ölüb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.

Tarix: 28 May 2022, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin