BURADA REKLAMINIZ OLA
BİLƏR

İmtahanda yüksək bal toplayan məktəbli intihar etdi - FOTO

Tovuzda məktəbli intihar edib.

 

Pravda.az-ın məlumatına görə, rayonun Düz Qırıqlı kənd sakini, 17 yaşlı E.Aslanov bu gün yaşadığı evdə həyatına son qoyub.

 

Bildirilib ki, E.Aslanov Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıbmış. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir.

 

İntihar faktı ilə əlaqədar araşdırma aparılır.

 

Qeyd edək ki, E.Aslanovun atası bir neçə il əvvəl vəfat edib.

 

Qafqazinfo

 

 

Tarix: 28 May 2022, 20:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin