BURADA REKLAMINIZ OLA
BİLƏR

Ət qiymətinə satılan alça - Meyvə-tərəvəz niyə bahadır?

“Meyvə-tərəvəzin baha satılmasının əsas səbəbi məhsul istehsalında müşahidə olunan azalmadır”.

 

Pravda.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov  deyib.

 

Qeyd edək ki, bazar və marketlərdə bahalaşma davam edir. Yay aylarına doğru getdikcə insanların meyvə-tərəvəzə olan tələbatı artır. Lakin meyvələrin qiymətində müşahidə olunan artıma görə, insanlar onu almaqda çətinlik çəkirlər. Hazırda bazarda 1 kiloqram alçanın qiyməti təxminən 1 kiloqram ətin qiymətinə bərabərdir.

 

Ekspertin sözlərinə görə, məhsul istehsalında istifadə olunan istehsal vasitələrinin qiyməti də bahalaşıb:

 

“Bunun iki səbəbi var. Əgər təklif çox olardısa, qiymətlər bu qədər artmazdı. Ən başlıca səbəb bundan ibarətdir ki, təklif azalıb. Məhsul istehsalında ciddi azalma müşahidə edilir. Bu səbəbdən də qiymətlər yüksəkdir. İkinci səbəb isə məhsul istehsalında istifadə edilən istehsal vasitələrinin qiyməti bahalaşıb”.

 

V.Məhərrəmov qeyd edib ki, istehlakçılar artan xərci məhsulun qiymətini artırmaqla kompensasiya edirlər:

 

“Digər tərəfdən, xidmət də bahalaşıb. Ümumilikdə bütün məhsulların qiymətində bahalaşma var. Meyvə-tərəz istehsalçıları yalnız istehsalçı deyillər. Həm də istehlakçıdırlar. Onların istehsal, istehlak, kommunal xərclər artıb. İstehlakçılar artan xərci məhsul qiymətini artırmaqla kompensasiya edirlər”.

 

Yenisabah.az

Tarix: 28 May 2022, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin