BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Qəhrəmanın oğlu Avropa çempionu olub - VİDEO

 Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

 

105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.

 

Mükafatlandırılma mərasimində Azərbaycan təmsilçisinin şərəfinə Dövlət Himni səsləndirilib.

 

Qeyd edək ki, yarışda 3-cü yeri slovakiyalı Ratislav Tomaqa tutub.

 

Report

 

Tarix: 30 May 2022, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin