BURADA REKLAMINIZ OLA
BİLƏR

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə “Tunel qırğını” baş verən ərazidə oldular

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər səfəri çərçivəsində ermənilər tərəfindən törədilən "Tunel qırğını" baş verən ərazidə olublar.

 

Pravda.az-ın xəbərinə görə, ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyən sakinlərə qarşı Kəlbəcər-Laçın tunelində törətdiyi qətliam barədə nümayəndə heyətinə məlumat verilib. "Tunel qırğını" şahidləri ərazidə ermənilərin törətdiyi faciə barədə danışıblar.

 

Qətlə yetirilən insanların xatirəsi yad olunub.

 

Diplomatik korpus nümayəndələri və hərbi attaşelərin Kəlbəcərə səfəri davam edir.

Tarix: 31 May 2022, 15:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin