BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Müdafiə Nazirliyi: Dövlət sərhədində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Tarix: 1 İyun 2022, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin