BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Sabaha, iyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

Tarix: 1 İyun 2022, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin