BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu rayonda qaz kəsiləcək

Qəbələ rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Pravda.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qəbələ QPS qaz kəməri qolu”nda aşkar olunmuş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək “Qəbələ” QPS-dən qidalanan “Qəbələ” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 1 İyun 2022, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin