BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin düşmüş əcnəbinin axtarış-xilasetmə işləri davam etdirilir - RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.

 

FHN-dən verilən məlumata görə, M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

 

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.

Tarix: 3 İyun 2022, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin