BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Sumqayıt yolunda ağır qəza: "Toyota Prius" "KamAZ"la toqquşdu, sürücü öldü

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Yolun 17-ci kilometrliyində "Toyota Prius" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində, minik avtomobilinin sürücüsü - 1989-cu il təvəllüdlü Aqil Məmmədov ölüb. 2001-ci il təvəllüdlü sərnişin Ruslan Səmədov xəsarət alıb.

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Tarix: 3 İyun 2022, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin