BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda dəhşət: Ata qızını qətlə yetirdi

İyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix: 3 İyun 2022, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin