BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusdan ölənlərin sayı artır

İtaliyada koronavirusdan ölənlərin, Fransa və İspaniyada isə yoluxanların sayı kəskin artıb.

 

Pravda.az-ın xəbərinə görə, İtaliyada daha 41 nəfər koronavirusdan ölüb.

 

Beləliklə, Cənubi Avropa ölkəsində koronavirusdan ölənlərin sayı 148-ə çatıb. Ölkədə koronavirus daşıyıcılarının sayı 3 800 nəfərdən çoxdur.

 

Bundan başqa, Fransada daha 138, İspaniyada isə daha 47 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı Fransada 423-ə, İspaniyada isə 329-a çatıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 851-ə çatıb. Bunların 55 807 nəfəri sağalıb, 3 390 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.Report

Tarix: 6 Mart 2020, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin