BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirvanda bina yandı

Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın olub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsi 17, mənzil 28 ünvanında baş verib.

 

Həmin mənzildə qaz balonunun partlaması nəticəsində evdə yanğın olub. Yanğın zamanı mənzildə 2 nəfər ev sahibi tüstüdən zəhərlənərək Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

 

Yanğın Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.APA

Tarix: 6 Mart 2020, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin