BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yeni göl yarandı

Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Lent.az-a Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib.

 

Onun sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.

 

Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib.

 

M. Heydərov həmçinin bildirib ki, gölün daşması kimi hə ya başqa hər hansı bir təhlükə yoxdur.

Tarix: 3 İyun 2022, 21:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin