BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəbiyyə Məmmədovanın anası döyüldü

İctimai fəal Rəbiyyə Məmmədova anasının döyüldüyünü bildirib.

 

Pravda.az xəbər verir ki, bu barədə R.Məmmədova “Facebook”da məlumat verib.

 

“Hər kəs bilir ki, mənim anam süpürgəçidir, bundan da utanmıram, ali təhsilli qadın yaşına görə iş tapa bilmir, pensiya yaşı da çatmayıb deyə süpürgəçi işləyir. Görüşdən evimə getdiyim yerdə anam zəng edib deyir ki, işdə olduğu vaxt ona “Sənin qızın pozğundur, əxlaqsızdır, fahişədir” deyib, başqa bir süpürgəçi qadın tərəfindən döydürüblər”, - o bildirib.

 

R.Məmmədova vurğulayıb ki, məsələ barədə 102-yə rəsmi şikayət edib. Onun şikayətinə 43-cü polis bölməsində baxılır.

Tarix: 3 İyun 2022, 21:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin