BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda polis yol qəzasında həlak oldu

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.


Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.


Məlumata görə, nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

 

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Tarix: 4 İyun 2022, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin