BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda İŞİD-ə dəstək verən şəxs saxlanıldı

Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirəm azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb.


Pravda.az xəbər verir ki, Qusar rayonunun sakini Abdullah Mustafayev (ləqəbi Abdullah əl Qusari) İŞİD terror təşkilatına dəstək nümayiş etdirib. 


Onun Azərbaycandakı şiələrin başını kəsmək, həyat yoldaşlarını cariə etmək və mal-mülklərini zəbt etməklə bağlı çağırış etdiyi bildirilib. 


Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.


Abdullah Mustafayev haqqında araşdırma başladılıb.


Oxu.az

Tarix: 4 İyun 2022, 22:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin