BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda oğurluğa cəhd edən kişi özünü 5-ci mərtəbədən yerə atdı

Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

 

Hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

 

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Report

Tarix: 5 İyun 2022, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin