BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Zülfiqarlıya 6 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsindən satış məqsədi ilə külli miqdarda narkotik vasitələrinin qanunsuz olaraq əldə edərək üzərində saxlamaqda təqsirləndirilən Elşad Zülfiqarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Seymur Kərimov və Ayaz Məmmədzadə müdafiə çıxışları ediblər.

 

Müdafiəçilər hesab ediblər ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona bəraət hökmü çıxarılmalıdır: “Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müəyyən psixoloji və fizioloji travmaları var və bu ekspertiza rəyinin əsaslandırıcı hissəsində də öz əksini tapıb. Bundan əlavə, polislərin məhkəmə istintaqında dindirilməsi zamanı demək olar ki, hadisəni xatırlamadıqları, həmçinin, onların istintaqa verdikləri ifadələrlə, məhkəmədə verdikləri ifadələri arasında ziddiyətlər oldu”.

 

Daha sonra E.Zülfüqarlıya hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama əsasən, hadisə ötən ilin oktyabrında Qaradağ rayonu Qobustan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, E.Zülfüqarlı polis əməkdaşları tərəfindən Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 66 saylı binanın yaxınlığında saxlanılıb.

 

Daha sonra o, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilib və üzərində aparılan şəxsi axtarış zamanı 1 ədəd təmiz çəkisi 4, 350 qram kustar üsulla hazırlanmışm narkotik vasitə heroin, eyni zamanda, yaşadığı evdən 204, 650 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, Zülfüqarlı Elşad Rövşən oğlu Vətən müharibəsinin iştirakçısı olub. O, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib.

 

Kamal Məmmədov

Fotoları təqdim edirik
Tarix: 5 İyun 2022, 16:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin