BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvana gedənlərin nəzərinə: Güzəşt 20 deyil, 10 manat olacaq

Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

 

İndiyə qədər qüvvədə olan qərara əsasən, “Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan- Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edib.

 

Dəyişikliyə əsasən, bu güzəşt 20 manatdan 10 manata endirilib.

Tarix: 6 İyun 2022, 19:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin