BURADA REKLAMINIZ OLA
BİLƏR

BNA Bakıdakı qəza ilə bağlı məlumat yaydı - YENİLƏNDİ

Bu gün axşam saatlarında Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb:

 

"Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir. Kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl BNA-ın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırırıq".

 

***

21:46

 

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

 

Hadisə keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı 1 nəfər ölüb, xəsarət alan var.

 

Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir.

 

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 6 İyun 2022, 23:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin