BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi Belarusla oyunda heç-heçə edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib.

 

Qarşılaşma Serbiyada keçirilib.

 

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma qarşılıqlı hücumlarla yadda qalıb.

 

Ounun 84-cü dəqqəsində komandamızın 19 nömrəli futbolçusu Qismət Alıyev rəqibə qarşı sərt oyuna görə, oyunun baş hakimi Məhəmməd Əl-Hakimi tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

 

Matç boyunca hər iki tərəfin hesabı açmaq yönündəki istəyi baş tutmayıb və oyun 0 :0 hesabı ilə başa çatıb.

 

Bununla da Azərbaycan millisi qrupda iki oyuna bir xal toplamaqla Millətlər Liqasında ilk xalını qazanıb.

 

Qrupun digər oyununda Qazaxstan yığması səfərdə Slovakiyadan 1 :0 üstün olub.

 

APA

Tarix: 7 İyun 2022, 01:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin