BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərnəgül bazarında yanğın

Bakı şəhərinin Nərimanov rayonunun Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 kvadratmetr olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 kvadratmetr sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 6 Mart 2020, 21:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin