BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neft üzüqoylu gedir" - Ekspert

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 6,5% azalaraq Bakı vaxtı ilə saat 19:10-da 1 barelə görə 46,12 dollar təşkil edib.

 

Pravda.az-ın xəbərinə görə, sonuncu dəfə "Brent" markalı neftinin qiymətinin 47 dollardan aşağı olması 2017-ci ilin iyulun 11-də qeydə alınmışdı.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 7,3% azalaraq 42,52 dollar olub.

 

Məsələni şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, dünya bazarlarında Brend markalı neftin 1 barrelinin qiyməti son illərdə ən aşağı səviyyəyə - 45 dollara qədər ucuzlaşıb: "Hətta OPEK-in hasilatın gündəlik 1,5 mln. barrelə qədər azaldılması qərarı da bu ucuzlaşmanın qarşısını ala bilmir. Şəkililər demişkən neft üzüqoylu gedir".

 

 

 

 

 

Tarix: 6 Mart 2020, 21:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin