BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyunun 8-də gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava  şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.


Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 

Havanın temperaturu gecə 18-20° isti, gündüz  25-28° isti olacaq.


Bakıda gecə 18-20° isti, gündüz  26-28° isti olacaq.


Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.
 

Nisbi rütubət 50-60  % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda qısamüddətli fasilə olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz  30-35° isti, dağlarda gecə  8-13° isti, gündüz 17-22° isti olacaq.  

Tarix: 7 İyun 2022, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin