BURADA REKLAMINIZ OLA
BİLƏR

Şöbə müdiri: "Media reyestrinin yaranmasına sayılı günlər qalıb"

“Media etikası üçün hüquqi məsuliyyət nəzərdə tutulmayıb. Onlar yalnız ictimai qınağa tutulur”.

 

Bu fikirləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda keçirilən tədbirdə deyib.

 

O bildirib ki, media sahəsində reputasiyasını itirmiş media orqanı artıq fəaliyyət göstərə bilmir:

 

“Uzun müddət reket-“jurnalist”lərin siyahısı tutulurdu. O siyahıya düşən jurnalistlərdən qurumlar çəkinirdi. Amma artıq bu cür hallar yoxdur. Media reyestrinin yaranmasına sayılı günlər qalıb.

 

Artıq bu reyestr yarandıqdan sonra oraya daxil olan media subyektlərinin fəaliyyəti, mühiti daha da sağlamlaşacaq. Qurumlarla media arasında əməkdaşlıq vacibdir. Media agentliyi tərəfindən hər ay müxtəlif qurumlarla təlimlərimiz olur və jurnalistlər bu təlimlərdə bilgilərini təkmilləşdirdikcə hər şey daha da yaxşı olacaq”.

 

Oxu.az

Tarix: 8 İyun 2022, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin