BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus qurbanlarının sayı 197-yə yüksəldi - İtaliyada

İtaliyada bazar ertəsindən bəri 49 nəfər koronavirusdan ölüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli brifinqdə bildirib.

 

Beləliklə, ölkədə virusa yoluxmadan ölənlərin ümumi sayı 197 nəfərə çatıb.

 

Ölənlərin 62-95 yaşı aralığında olduğu bildirilir. Ölümlərin çoxu Lombardiyanın şimalında qeydə alınıb - 135 hadisə. Gündə ümumi yoluxmanın sayı demək olar ki, 800-ə qədər artaraq (ölənlər də daxil) 4636 nəfərə olub.

 

Borrelli bildirib ki, son bir gündə daha 109 nəfər sağalıb, onların ümumi sayı 523 nəfərdir.APA

Tarix: 7 Mart 2020, 07:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin