BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan EBRD ilə yeni layihələri müzakirə edib

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığın genişləndirilməsinin perspektivlərini və nəzərdə tutulan yeni layihələri müzakirə edib.

 

Bu barədə Mikayıl Cabbarov özünün "Facebook" hesabında yazıb.

 

Müzakirələr Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və həmkarları ilə onlayn şəkildə aparılıb.

 

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı artıq 30 ildir ki Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bu günədək bank respublikada 181 layihənin maliyyələşdirilməsi üçün 3,4 milyard avro ayırıb.

 

2019-cu ildə Azərbaycan Texniki Yardım Fondunun və Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığın hər birinə 2 milyon ABŞ dolları ianə etməklə EBRD-nin donorları sırasına daxil olub. Hazırda EBRD Azərbaycanda qeyri-neft sektorunun inkişafına köklənib və ölkənin “yaşıl” iqtisadiyyatına investisiya həcmlərini artırmaqdadır.

Tarix: 8 İyun 2022, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin