BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda toy kortejində avtoxuliqanlıq edən sürücülər həbs edildi

Bakıda toy kortejində avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.

 

Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix: 9 İyun 2022, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin