BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

 

Dəyişikliklə gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb.

 

2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

 

Məcəlləyə edilmiş dəyişikliklə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq olunacaq.

Tarix: 9 İyun 2022, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin