BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaqif Nəzirov vəfat etdi

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.APA

Tarix: 7 Mart 2020, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin