BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş infeksionistin oğlu koronavirusa yoluxdu

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze koronavirusa yoluxub.

 

Pravda.az-ın xəbərinə görə, bunu N.Qamkrelidze özü “Facebook” səhifəsində yazıb.

 

O, Tbilisidəki klinikların birinin Müşahidə Şurasının üzvüdür və İtaliyadan qayıdandan sonra koronavirusun təsdiq olunduğu həkimlərdən biri ilə ünsiyyətdə olub.

 

N.Qamkrelidze hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.

 

Bununla da Gürcüstanda koronavirus diaqnozunun qoyulduğu pasiyentlərin sayı 10-a çatıb.Report

 

Tarix: 7 Mart 2020, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin