BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan əsgəri həlak oldu

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Bu barədə Pravda.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

 

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.

Tarix: 7 Mart 2020, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin