BURADA REKLAMINIZ OLA
BİLƏR

17 yaşlı qızı qaçıran 4 nəfər saxlanıldı

Bərdədə 17 yaşlı qız qaçırılıb.

 

Pravda.az xəbər verir ki, hadisə rayonunun Darğalar kəndində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Pravda.az-a bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

 

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Tarix: 10 İyun 2022, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin