BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa çempionatı: Azərbaycanın mini-futbol millisi finala yüksəldi

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.


Pravda.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.


Rəqib iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanovv 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurub. Oyunda son nöqtəni isə 32-ci dəqiqədə Samir Həmzəyev qoyub.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb. Finalda rəqib Bolqarıstan - Rumıniya duelinin qalibi olacaq.


Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Slovakiyaya 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə yenib - 4:3.


Report

Tarix: 10 İyun 2022, 21:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin